EminovY.M., Əliyev C.A., Hüseynov B.M., Qarayev Ş.Ə.
Məqalə Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən XIX əsrin sonlarına aid tarixi memarlıq abidəsi sayılan Məşədi Şükür Mirsiyab oğlunun ikimərtəbəli karvansaray binasının konstruktiv xüsusiyyətlərinin öyrənilməsinə və onun bərpasına aid tövsiyyələrə həsr edilmişdir. Binanın konstruktiv sxemi müəyyənləşdirilmiş, konstruktiv cizgiləri bərpa edilmiş, istifadə olunan materialların faktiki möhkəmlikləri təyin olunmuş, konstruksiyalarda, bünövrədə, divarlarda, örtüklərdə, günbəzlərdə zədələnmələr, onların təhlükəlilik kateqoriyaları müəyyənləşdirilmiş, binanın texniki vəziyyəti qiymətləndirilmiş, bərpasına aid təklif və tövsiyyələr işlənilmişdir.