https://doi.org/10.30546/24094560.2025.2.43.02
MƏŞƏDİ ŞÜKÜR MİRSİYAB OĞLUNUN KARVANSARAY BİNASININ KONSTRUKTİV XÜSUSİYYƏTLƏRİNİN TƏDQİQİ VƏ ONUN BƏRPASINA DAİR TÖVSİYƏLƏRXülasə
Məqalə Şuşa şəhərinin mərkəzi hissəsində yerləşən XIX əsrin sonlarına aid tarixi memarlıq abidəsi sayılan Məşədi Şükür Mirsiyab oğlunun ikimərtəbəli karvansaray binasının konstruktiv xüsusiyyətlərinin öyrənilməsinə və onun bərpasına aid tövsiyyələrə həsr edilmişdir. Binanın konstruktiv sxemi müəyyənləşdirilmiş, konstruktiv cizgiləri bərpa edilmiş, istifadə olunan materialların faktiki möhkəmlikləri təyin olunmuş, konstruksiyalarda, bünövrədə, divarlarda, örtüklərdə, günbəzlərdə zədələnmələr, onların təhlükəlilik kateqoriyaları müəyyənləşdirilmiş, binanın texniki vəziyyəti qiymətləndirilmiş, bərpasına aid təklif və tövsiyyələr işlənilmişdir.
Açar sözlər
Konstruktiv sxem, bünövrə, divar, atma, kərpic, hörgü, məhlul, günbəz, çatlar, aşınmalar, dağılmalar, suvaq, inyeksiya, məhdud işləmə qabiliyyətli, texniki vəziyyət, sökmə, gücləndirmə, təmir bərpa, fermalar, örtüklər.
EminovY.M., Əliyev C.A., Hüseynov B.M., Qarayev Ş.Ə.
texnika üzrə f.d., dosent Eminov Y.M., Əliyev C.A., Hüseynov B.M.,
Qarayev Ş.Ə. Azərbaycan İnşa at və Memarlıq ETİ