AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

https://doi.org/10.30546/24094560.2025.2.43.037

EKOLOJİ LAYİHƏLƏNDİRMƏNİN XÜSUSİYYƏTLƏRİ. “YAŞIL” STANDARTLAR (rus dilində)

Xülasə

Ekoloji layihələndirmə tikintinin təbiətə minimal təsirini, ehtiyatlardan səmərəli istifadəni və əlverişli yaşayış mühitinin yaradılmasını təmin edən layihələndirmə sistemidir. Məqalədə ekoloji layihələndirmə prinsiplərinin və perspektivlərinin qiymətləndirilməsi təhlil olunub. Məqalədə ekoloji layihələndirmənin əsas prinsipləri, məqsədləri və inkişaf istiqamətləri haqqında ümumi məlumat verilir. Binaların ətraf mühitə təsirinin minimuma endirilməsi və enerji səmərəliliyinin artırılması vasitəsi kimi “yaşıl standartların” (LEED, BREEAM, DGNB və s.) tətbiqinin vacibliyi vurğulanır. “Binaların sertifikatlaşdırılması” sahəsi üzrə beynəlxalq təcrübələr araşdırılıb. 

Açar sözlər

ekoloji layihələndirmə, “yaşıl” standartlar, binaların sertifikasiyası.

Səlimova А.Т.

 mem. üzrə f.d., dosent Səlimova А.Т. Azərbaycan Memarlıq və İnşaat Universiteti