Elmi-texniki məqalənin hazırlanma qaydaları
Elmi-texniki məqalə aşağıdakı elmi istiqamətlərə uyğun hazırlanmalıdır:
- Memarlıq və şəhərsalma.
- Zəlzələyədavamlı tikintilər.
- İnşaat konstruksiyaları, bina və qurğular.
- Geotexnika və tikintinin ekologiyası.
- İnşaat materialları.
- İnşaatın təşkili və idarə olunması.
- Tikinti norma və qaydalarının təkmilləşdirilməsi.
- Tikinti praktikasında beynəlxalq və respublika yenilikləri.
Məqalələr azərbaycan, rus və ingilis dillərində, 3-8 səhifə həcmində (A4, Times New Roman, 12 şrift, 1 interval, MS Word və ya RTF formatında) hazırlanmalıdır.
Səhifə kənarları: yuxarı və aşağı – 2 sm, sol – 1.5 sm, sağ – 3 sm.
Şəkillər elektron formatda, 300 dpi-dən az olmayan JPEG, TIFF və ya EPS formatında təqdim olunmalıdır və şəkilaltı yazı ilə müşayiət olunmalıdır.
İstifadə edilmiş ədəbiyyat AAK-ın tələblərinə uyğun tərtib edilməlidir.
Fiziki ölçülər Cİ sistemi ilə verilməlidir.
Məqalə strukturu: yuxarıda UOT, sonra məqalə başlığı, müəllif(lər), təşkilatın adı və şəhər, əsas mətn.
Yuxarıdakı tələblərə uyğun olmayan məqalələr qəbul olunmur.
Əlaqə: [email protected] | Tel: 205