https://doi.org/10.30546/24094560.2025.2.43.023
BETON ÜÇÜN DOLDURUCULARIN STANDARTLARINDA ŞAXTAYADAVAMLIQ GÖSTƏRİCİSİNİN TƏYİNİNDƏ VƏ QİYMƏTLƏNDİRİLMƏSİNDƏ ZİDDİYYƏTLİ AMİLLƏRİN TƏDQİQİXülasə
Bu məqalədə beton üçün doldurucuların standartlarına istinad edilərək göstərilir ki, eyni materialın dondurulub-açılma, yaxud tezləşdirmə üsullarından hər hansı biri ilə şaxtayadavamlıq markasını təyin etdikdə nəticələr eyni alınır. Lakin, aparılan tədqiqatlar göstərmişdir ki, intruziv, çöküntü və metamorfik süxurlardan hazırlanmış beton üçün doldurucuların şaxtayadavamlıq göstəricisi standartda nəzərdə tutulan hər iki üsulla təyin edib qiymətləndirildikdə yoxlanılan F100 markası üzrə eyni nəticə alınır. Effuziv süxurlardan hazırlanmış doldurucuların şaxtayadavamlıq markası hər iki üsulla təyin edildikdə fərqli nəticələr alınır. Dondurub-açılma üsulu ilə şaxtayadavamlıq markası F100 müəyyən edilən effuziv süxurdan doldurucunu tezləşdirilmiş üsul ilə təyin etdikdə şaxtayadavamlıq markası F50 alınır. Göstərilən ziddiyətin effuziv süxurlardan hazırlanan doldurucuların tərkibində şüşə fazanın və amorf silisium dörd oksidin olması ilə izah edilə bilər. Məqalədə effuziv süxurlardan beton üçün doldurucuların standartında nəzərdə tutulan tezləşdirilmiş üsulla şaxtayadavamlığının təyininə yol verilməməsi göstərilmişdir. Eləcə də alınan elmi nəticənin müvafiq standartlarında nəzərə alınmasına baxılması təklif edilmişdir.
Açar sözlər
intruziv, effuziv, çöküntü, metomorfik, beton, doldurucu, şaxtayadavamlılıq, marka.
Bayramov F.H., Mustafayev K.N.
tex. üzrə.f.d. Bayramov F.H., kimya üzrə f.d. Mustafayev K.N. FHN. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat Layihə Konstruktor və İnşaat Materialları İnstitutu