AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

Jurnalın redaksiya siyasəti

Jurnalın redaksiya siyasəti

• Məqsəd və vəzifələr

• Jurnalın bölmələri

• Dövrilik

• Jurnalların göndərildiyi kitabxanalar

• Elmi məqalələrin resenziyası

• Elmi nəşrlərin etikası

• Təsisçisi

• Elmi məqalənin çapı üçün tələb olunan vəsait

• Şəffaflıq və maraqların toqquşması

• Köçürmə və plagiat

• Çapdan əvvəl və çapdan sonrakı siyasət

• Gəlir mənbələri

Məqsəd və vəzifələr

İnşaat və memarlıq elm sahəsində aparılmış tədqiqatların nəticələrinin, tikinti və şəhərsalma üzrə milli normativ sənədlərin təkmilləşdirilmiş yeni redaksiyalarının və elmi-texniki yeniliklərin (innovasiyaların) tətbiqinə dair elmi-praktiki məqalələrin nəşri və innovasiyaların praktikada tətbiqinə dair məlumatların verilməsi.

Nəşrin elmi konsepsiyası tikinti və memarlıq sahəsində müasir nailiyyətlərin, elmi tədqiqatların nəticələrini, laborator tədqiqatları əks etdirən məqalələrin nəşri və nəticələrin praktikada tətbiqi, proseslərin modelləşdirilməsi, həmçinin dövlət qrant və sifarişləri üzrə tədqiqatların riyazi nəticələrinin dərc olunmasını nəzərdə tutur. Jurnal konkret kəşflər və yeniliklər haqqında məlumat verən araşdırmaları, məqalələri dərc edir.

Jurnal tədqiqatçılar, mühəndis və memarlar, inşaatçılar və s. mütəxəssislər üçün inşaat və memarlıq üzrə elmi yeniliklərə dair mükəmməl məlumat bazasıdır.

Jurnalın bölmələri

• Memarlıq və şəhərsalma;

• Zəlzələyədavamlı tikililər;

• İnşaat konstruksiyaları, bina və qurğular;

• Geotexnika və inşaatın ekologiyası;

• İnşaat materialları;

• İnşaatın təşkili və idarə olunması;

• Tikinti norma və qaydalarının təkmilləşdirilməsi;

• Tikinti praktikasında beynəlxalq və respublika yenilikləri.

Dövrilik

İldə 4 nömrəsi çap olunur.

Jurnalların göndərildiyi kitabxanalar

• M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası

• Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsi

• AzİMETİ-nin elmi-texniki kitabxanası

• Respublika elmi-texniki kitabxanası