https://doi.org/10.30546/24094560.2025.2.43.050
XVI ƏSRLƏRDƏ ANADOLUDA BÖYÜK İPƏK YOLUNUN TƏSİRİ İLƏ TİKİLMİŞ KARVANSARALARXülasə
Çindən Avropaya uzanan ticarət yolunun mühüm keçid nöqtəsinə çevrilmiş Anadolu bölgəsində digər memarlıq abidələri ilə yanaşı XVI əsrdə inşa edilmiş karvansaralar böyük əhəmiyyətə malik olmuşdur. Osmanlı memarlığının fərqli üslublarını özündə əks etdirən həmin karvansaralar Böyük İpək Yolunun əsas keçid nöqtəsi üzərində və ya onun yaxınlığında tikilirdi. Belə nümunələrdən Kurşunlu (İstanbul), Rüstəm Paşa karvansarası (Edirne), Sokullu Məhmət Paşa karvansarası (Lüleburqaz), Çələbi Sultan Məhmət (Kütahya), Şəhzadə karvansarası (Manisa), Çoban Mustafa Paşa karvansarası (İzmit), Sincanlı Sinan Paşa karvansarası (Afyon), Rüstem Paşa karvansarası (Konya), Sultan II Səlim karvansarası (Konya) və digərlərini göstərmək olar. Məqalədə bir neçə karvansara nümunəsinin memarlıq xüsusiyyətləri üzərində aparılmış araşdırma həmin memarlıq tikililərinin ümumi xüsusiyyətləri, memarlıq üslubu haqqında informasiya verir.
Açar sözlər
karvansara, qonaq evi, memarlıq, abidə, Böyük İpək Yolu
Gokce Eftal
Gokce Eftal inşaat mühəndisi-memar, egokce@kalyonholding.com