AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

Azərbaycanda İnşaat və Memarlıq

Elmi-Praktiki jurnal

MƏQALƏNİN GÖNDƏRİLMƏSİ

Elmi-texniki  məqalə  elmin  aşağıdakı  istiqamətlərinə  uyğun olaraq elmi yenilikləri əks etdirməklə   hazırlanmalıdır:

     1. Memarlıq və şəhərsalma.

     2. Zəlzələyədavamlı tikintilər.

     3. İnşaat konstruksiyaları, bina və qurğular.

     4. Geotexnika və tikintinin ekologiyası.

     5. İnşaat materialları.

     6. İnşaatın təşkili və idarə olunması.

     7. Tikinti norma və qaydalarının təkmilləşdirilməsi.

     8. Tikinti praktikasında beynəlxalq və respublika yenilikləri. 

     Elmi məqalələr  azərbaycan, rus və ingilis dillərində həcmi 3 səhifədən az, 8 səhifədən çox olmamaqla    formatı:  A4,  faylın  formatı:  MS Word və ya RTF; Times New Romanda 12  şriftlə, 1 intervalla yığılmalıdır;  vərəqin kənarları: yuxarı və aşağı tərəflər-2 sm, sol tərəf-1,5 sm,     sağ tərəf-3 sm.  Əgər    məqalədə   şəkillər  olarsa,   şəkillər    mətnə   uyğun   olaraq    elektron    şəkildə

 1 dyümdə 300 pikseldən ( və ya 300 dpi ) az olmayaraq  jped, tiff və ya eps formatında yerləşdirilməlidir.

       Şəkillər şəkilaltı yazı və sıralama ilə müşayiət olunmalıdır .

       İstifadə edilmiş ədəbiyyat siyahısı AAK-ın tələblərinə uyğun tərtib olunmalıdır.

       Fiziki qiymətlərin ölçüləri və parametrləri CИ sistemi  ilə verilməlildir.

       Məqalələr aşağıdakı ardıcıllıqla yığılmalıdır: vərəqin solunda yuxarıda UOT; 1 intervaldan sonra məqalənin adı 12 keql adi şriftlə, qara;  1 interval, müəllifin (~lərin) adı, atasının adı, soyadı 12 keql şriftlə kursiv,  qara; 1 interval, təşkilatın tam adı,   şəhər 12 keql şriftlə,  kursiv;    2 interval, məqalənin mətni.

      Yuxarıdakı tələblərə uyğun olmayan məqalələr qəbul olunmur.

Məsul katibin elektron ünvanı: e-mail: azimeti_elmikatib@mail.ru; tel. 205