Jurnal haqqında
2014-cü ildən nəşr olunan “Azərbaycanda inşaat və memarlıq” elmi-praktiki jurnalı inşaat və memarlıq elm sahəsi üzrə alimlər, mütəxəssislər, doktorantlar, inşaatçı mühəndislər, layihəçilər, memarlar və tikinti kompleksinin işçiləri üçün elmi-praktiki yeniliklərin əldə olunması üçün əlçatan məlumat bazasıdır.
Jurnalda inşaat konstruksiyalarının və tikinti materiallarının yeni innovativ həlləri, bina və qurğuların zəlzələyədavamlılığının artırılması yollarının tədqiqi, memarlıq və şəhərsalma üzrə problemlərin həlli, müasir layihələndirmədə yeni texnologiyaların və “yaşıl tikinti” prinsiplərinin tətbiqi yolları, memarlıq-planlaşdırma həllərinin təkmilləşdirilməsi ilə yaşayış binalarında istismar xərclərinin azaldılması, tikintinin ekologiyasi, təşkili və idarə olunması, tikinti norma və qaydalarının təkmilləşdirilməsi ilə bağlı materiallar və eləcə də, tikinti praktikasında beynəlxalq və respublika yenilikləri haqqında məlumat verən elmi məqalələr, elmi yeniliklərin tətbiqinə dair materiallar dərc olunur. Jurnalda Rusiya Federasiyası, Türkiyə, İran İslan Respublikası, Belarusiya, Ukrayna, Gürcüstan, Qazaxstan, Özbəkistan və s. dövlətlərin görkəmli alimlərinin məqalələri dərc olunub.
Təsisçi: Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu
AzİMETİ-də kompyuter səhifələnməsi yolu ilə nəşr olunur.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb:
Qeydiyyat №-si 3870, 2014-cü il.
Beynəlxaq Standart Seriya Nömrəsi ISSN 2404-4560
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 13.03.2015-ci il tarixli iclasının (Prot. №05-R) qərarı ilə “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na (texniki elmlər və memarlıq üzrə) daxil edilmişdir.