AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

Azərbaycanda İnşaat və Memarlıq

Elmi-Praktiki jurnal

NƏŞRİN ETİKASI

"Azərbaycanda inşaat və memarlıq" jurnalının redaksiya heyəti qərarlar qəbul edərkən və mümkün münaqişələri həll edərkən nəşr prosesinin bütün iştirakçıları, yəni, müəlliflər, redaksiya heyəti və resenziyaçılar arasında etik münasibətləri tənzimləyən qüvvədə olan müvafiq qaydalara əsaslanır.

     

  1. Giriş

1.1. Resenziyalı jurnallarda elmi materialların dərci elmi əlaqələrin asan yolu olmaqla yanaşı, həm də müvafiq elmi  sahəsinin inkişafına xidmət edir. Beləliklə, jurnalın nəşrində iştirak edən bütün tərəflərin, yəni müəlliflərin, redaksiya heyətinin, rəyçilərin etik davranış standartlarını müəyyən etmək vacibdir.

1.2. Jurnalı nəşr edən institut təkcə elmi əlaqələri dəstəkləmir, həm sərmayə qoyur, həm də nəşr olunan materialların müasir tələblərə uyğun olması üçün məsuliyyət daşıyır.

1.3. Jurnalın redaksiya heyəti elmi materiallara ciddi nəzarət etməyi öhdəsinə götürür. Jurnalda dərc olunan materiallar elmi fikrin və tədqiqatların inkişafına xidmət edən materiallardır. Redaksiya heyəti materialların  düzgün təqdim edilməsi, xüsusən də bu materialların nəşrində etik aspektlərin gözlənilməsi üçün  məsuliyyət daşıyır.

 2.  Redaktorun vəzifələri:

2.1. Nəşrə dair qərarlar

         "Azərbaycanda inşaat və memarlıq" elmi-praktiki jurnalının redaktoru, istisna hallarda müvafiq elmi cəmiyyətlə əməkdaşlıq edərək, jurnalın nəşrinə dair qərarların qəbul edilməsinə şəxsən və müstəqil şəkildə cavabdehdir. Nəşrə dair qərarlar nəşr olunan materialların həqiqililiyinə və elmi əhəmiyyətinə əsaslanmalıdır. "Azərbaycanda inşaat və memarlıq" jurnalının  redaktoru böhtanla, müəllif hüquqlarının pozulması və materiallara dair plagiatla bağlı mübahisəli məsələlərin həllində  redaksiya heyəti ilə birgə müzakirələr aparmaqla müvafiq qərarlar qəbul edir.

         Redaktor nəşrlə bağlı qərarlar qəbul edərkən digər redaktorlar və rəyçilər (və ya vəzifəli şəxslər) ilə məsləhətləşə bilər.

    2.2. Dürüstlük 

          Redaktor əlyazmaların intellektual məzmununu müəlliflərin irqindən, cinsindən, dini inancından, mənşəyindən və vətəndaşlığından asılı olmayaraq qiymətləndirməlidir.

    2.3. Maraqların toqquşması

          Məqalə ilə bağlı müvafiq təşkilatlarla, müəlliflərlə  maraqlar toqquşarsa və ya konfliktli hallar olarsa, rəyçilər  redaktor və ya redaksiya heyətinin digər üzvləri ilə məsləhətləşmədən  sonra və məqalə ilə tanış olmadan öz namizədliyini geri göturə bilərlər.

  2.4. Məxfilik

       "Azərbaycanda inşaat və memarlıq" jurnalının  redaktoru və redaksiya heyəti  zərurət olmadıqda məqalələrin məzmunu ilə  rəyçiləri və  başqa elmi məsləhətçiləri  tanış etməməlidir.

  2.5. Nəşrə nəzarət

         Redaktorda nəşrə təqdim olunan məqalələrə dair iddiaların və ya nəticələrin səhv olduğuna əsaslı sübutlar  olarsa, nəşri dayandırmalı  və materiallarda dəqiqləşdirilmələrin aparılması üçün tədbirlər görməlidir.

 

2.6. Tədqiqatlarda iştirak etmək və əməkdaşlıq

         Redaktor, nəzərdən keçirilən və ya dərc edilmiş materiallarla bağlı iradlara cavab vermək üçün müvafiq tədbirlər görür. Bu cür tədbirlər, bir qayda olaraq, əlyazmanın müəllifləri ilə əlaqələr əsasında  müvafiq şikayət və ya iradların birgə müzakirəsini  əhatə edir, lakin, müvafiq təşkilatlar və tədqiqat mərkəzləri ilə əlaqəni də əhatə edə bilər.

          Təsisçi - Azərbaycan İnşaat  və Memarlıq Elmi-Tədqiqat İnstitutu

      Redaksiya heyəti materialların hazırlanması, yerləşdirilməsi və çapına görə müəlliflərdən  pul tələb etmir və  jurnalda məqalələrin çapı müəlliflər üçün ödənişsizdir.

   İstinad olunmamış materiallar  və  plagiat

        "Azərbaycanda inşaat və memarlıq" jurnalının redaksiya heyəti daxil olan məqaləni  Antiplagiat sistemindən istifadə etməklə  yoxlaya bilər. İstinad olunmamış materiallar  aşkar edildikdə, redaksiya heyəti COPE qaydalarına uyğun qərarlar qəbul edir.

 

   Çapdan əvvəl və çapdan sonrakı siyasət

         Məqalə təqdim olunarkən müəllif məqalənin başqa elmi jurnallarda dərc olunmadığını və dərc olunmağa qəbul edilmədiyini təsdiq etməlidir. “Azərbaycanda inşaat və memarlıq" jurnalında dərc olunmuş məqaləyə istinad edilərkən  jurnalın rəsmi saytına keçid göstərilməlidir.

         Müəlliflərin  əvvəllər digər nəşriyyatlarla əlaqəsi olmayan şəxsi  internet saytlarında yerləşdirilmiş məqalələri redaksiya heyəti tərəfindən nəzərdən keçirilə bilər.

   Gəlir mənbələri

        Jurnalın nəşri təsisçi təşkilatın vəsaiti  hesabına maliyyələşdirilir.

 

ISSN 2404-4560

E-ISSN.........