DOİ.org/https://doi.org/10.30546/3106-4817.2025.03.218
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR İQTİSADİ RAYONLARININ URBANİSTİK TRANSFORMASİYASI VƏ DAYANIQLI İNKİŞAFDA STRATEJİ AMİL KİMİ ENERJİ SƏMƏRƏLİLİYİNİN ROLUXülasə
Müasir dövrdə bərpa olunan enerji sahəsinin inkişafında əsas amillərdən biri resursların səmərəli istifadəsini və dayanıqlı şəhər mühitinin formalaşmasını təmin edən enerji səmərəliliyi prinsipidir. Bu məqalədə enerji səmərəliliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının urbanistik transformasiyası prosesində dayanıqlı inkişafın strateji elementi kimi nəzərdən keçirilir. Məqalənin nəzəri hissəsi dayanıqlı inkişaf konsepsiyalarına və enerjiyə qənaət texnologiyalarının tətbiqi üzrə beynəlxalq təcrübəyə əsaslanır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları isə yalnız ekoloji prioritet kimi deyil, həm də əhalinin həyat keyfiyyətini və urbanistik transformasiya prosesində uzunmüddətli dayanıqlığı müəyyən edən əsas sosial-iqtisadi resurs kimi qiymətləndirilir. Əlavə olaraq, “yaşıl iqtisadiyyat”ın formalaşdırılmasına yönəlmiş milli strategiyalar və normativ-hüquqi təşəbbüslər, həmçinin Azərbaycanın şəhərlərində həyata keçirilən pilot layihələrin nümunələri təhlil olunur. Postmünaqişə dövründə Qarabağ və Şərqi Zəngəzur regionunun bərpası şəraitində enerji səmərəliliyi təkcə istismar xərclərin azaldılması vasitəsi kimi deyil, həm də şəhər mühitinin iqlim və sosial-iqtisadi çağırışlara qarşı dayanıqlığının artırılması mexanizmi kimi çıxış edir.
Açar sözlər
enerji səmərəliliyi, dayanıqlı inkişaf, urbanistika, post-konflikt bərpa, yaşıl iqtisadiyyat
Mahmudov R.R.
doktorant Mahmudov R.R. Azərbaycan Memarlıq və İnşaat Universiteti