AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan

 DOİ.org/https://doi.org/10.30546/3106-4817.2025.03.212 

ƏYİLƏN DƏMİR-BETON ELEMENTLƏRİN BAZALT VƏ ŞÜŞƏ LİFLİ KOMPOZİT MATERİALLARLA GÜCLƏNDİRİLMƏSİNİN SINAQ NƏTİCƏLƏRİNİN TƏHLİLİ
PDF

Xülasə

məqalə, dəmir-beton əyilən elementlərin gücləndirilməsində bazalt və fiberglas ilə xarici armaturlanma effektivliyinin tədqiqatlarının nəticələrinə həsr edilmişdir.Müəlliflər tərəfindən 2025-ci ildə institutda aparılmış eksperimental tədqiqatların nəticələri təqdim olunur və əyilən dəmir-beton tirlərin bazalt və şüşə lifli kompozit materiallarla gücləndirilməsinin sınaq nəticələri ətraflı şərh olunmuşdur. Aparılmış model nümunələrinin sınaqlarında bir istiqamətli bazalt lifli parça və iki istiqamətli şüşə lifli parça materiallarından istifadə olunmuşdur. Sınaqlar zamanı nümunlərin yükgötürmə qabiliyyəti, çatyaranma həddi, yüklərdən asılı olaraq faktiki əyintilər və dartılan səthdə materialın həddi dartılma göstəriciləri qeydiyyata alınmışdır. Məqalədə aparılmış tədqiqatların nəticələr əsasında qabul olunmuş materiallarla səthi yapışdırma üsulu ilə əyilən dəmir-beton konstruksiyaların gücləndirilməsi üçün tövsiyələr qeyd olunmuş və sınaqların fotomaterialları təqdim olunmuşdur. 

Açar sözlər

dəmir-beton konstruksiya, əyilən element, səthi yapışdırma üsulu, bazalt və şüşə lifli parça.

Yusifov N.R, Yusifov Y.N , Hüseynov R.R.

tex.üzrə f.d. Yusifov N.R1 ., elmi işçi Yusifov Y.N2 ., baş mütəxəssis Hüseynov R.R3 . 

1 ORCID ID-0009-0007-7025-9295; 2 ORCID ID- 0009-0006-5929-480X;   3 ORCID ID- 0009-0003-0306-1095 

Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu, 1 yusifov_nizami@mail.ru