DOİ.org/https://doi.org/10.30546/3106-4817.2025.03.201
TƏBİİ ƏHƏNGDAŞLARINDAN HÖRÜLƏN ÇOXQATLI DİVAR KONSTRUKSİYALARI VƏ ONLARIN LAYİHƏLƏNDİRİLMƏSİNƏ DAİR TÖVSİYƏLƏRXülasə
Məqalədə yerli əhəgdaşı materiallarından hörülmüş çoxqatlı divar nümunələrinin yükdaşıma qabliyyətinin müəyyən edilməsi, onların seysmik rayonlarda daş və karkas binalarında tətbiq olunması üçün aparılmış elmi-tədqiqat işlərinin nəticələri öz əksini tapmışdır. Divar nümunələrinin yükdaşıma qabliyyətinin və dayanıqlılığının sınaq nəticələri, onların nəzəri qiymətləri ilə müqayisəli təhlil edilmişdir. Divarların yükdaşıma qabliyyətinin təyin olunma metodikası dəqiqləşdirilmişdir. Alınmış nəticələr əsasında daş binaların mərtəbəliliyndən, karkas binanın yükdaşıyan konstruksiyalarının addımından və hündürlüyündən asılı olaraq divarların tətbiq olunması mümkünlüyü öyrənilmişdir. Alınmış nəticələr, aparılmış təhlil və bu sahədə dünya təcrübəsi nəzərə alınaraq təbii əhəngdaşlarından hörülən çoxqatlı xarici divarların layihələndirilməsinə dair tövsiyələr işlənilmişdir.
Açar sözlər
çoxqatlı divar, hörgü, daxili qat, xarici qat, əhəngdaşları, hörgü məhlulu, yükdaşıyan divarlar, yükdaşımayan divarlar, mərkəzi sıxılma, mərkəzdənxaric sıxılma, üfüqi təsir, möhkəmlik, dayanıqlılıq, istilik izolyasiya qatı, tövsiyələr.
Abdı Qarayev, Yamən Eminov, Bəxtiyar Hüseynov, Şahin Qarayev.
tex. üzrə f.d. Abdı Qarayev 1, tex. üzrə f.d. Yamən Eminov 2, Bəxtiyar Hüseynov 3, Şahin Qarayev 4.
1 ORCID ID: 0009-0001-6637-393X; 3 ORCID ID-0009-0004-1644-0198;
2 ORCID ID-0009-0004-2394-3949; 4 ORCID ID-0009-0006-6427-1258
Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu.