AZƏRBAYCAN İNŞAAT VƏ MEMARLIQ ELMİ-TƏDQİQAT İNSTİTUTU
AZİMETİ

AZƏRBAYCANDA İNŞAAT və MEMARLIQ

ELMİ-PRAKTİKİ JURNAL
Flag of Azerbaijan
Journal Cover

Ümumi məlumat

2014-cü ildən nəşr olunan “Azərbaycanda inşaat və memarlıq” elmi-praktiki jurnalı inşaat və memarlıq sahəsi üzrə elmi yenilikləri işıqlandıran mühüm informasiya bazasıdır.

Jurnalda memarlıq, şəhərsalma, tikinti texnologiyaları, zəlzələyədavamlılıq, ekologiya, materiallar və digər sahələr üzrə yerli və beynəlxalq məqalələr dərc olunur.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınıb (№3870, 2014) və Ali Attestasiya Komissiyasının təsdiq etdiyi dövri elmi nəşrlər siyahısına daxildir.

Təsisçi və nəşr

Təsisçi: Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu (AzİMETİ).

Jurnal AzİMETİ-də kompüter səhifələnməsi ilə hazırlanır.

ISSN: 2404-4560

Məqsəd və vəzifələr

İnşaat və memarlıq sahəsində tədqiqatların nəticələrinin və elmi-texniki yeniliklərin yayılması, milli normativ sənədlərin yeni redaksiyalarının təqdim edilməsi.

Tədqiqat nəticələrinin praktikada tətbiqinə dair məlumatların paylaşılması.

Əhatə olunan sahələr

• Memarlıq və şəhərsalma

• Zəlzələyədavamlı tikililər

• İnşaat konstruksiyaları və qurğular

• Geotexnika və tikintinin ekologiyası

• İnşaat materialları

• Tikintinin təşkili və idarə olunması

• Tikinti norma və qaydalarının təkmilləşdirilməsi

• Beynəlxalq və respublika yenilikləri

Beynəlxalq əməkdaşlıq

Jurnalda Rusiya, Türkiyə, İran, Belarus, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən alimlərin məqalələri dərc olunub.