Azərbaycan İnformasiya Mərkəzindəki "Xalq təbabəti" rubrikasının bu dəfəki bölümündə albalı (bəzi bölgələrdə ona gilənar deyilir) haqqında söhbət açacağıq. Albalı iştahanı artırır, ağız boşluğunda qurumanın qarşısını alır, üzü şəffaflaşdırır. Albalı və onun şirəsi qan təzyiqini normallaşdırır, öd kisəsindəki ağrıları aradan qaldırır. Hamilə qadınlara yaxşı təsir göstərir. Albalı şirəsi ən zərərsiz yuxu yaradan təbii vasitədir. Bu səbəbdən yuxusuzluqdan əziyyət çəkənlər ondan birmənalı şəkildə istifadə edə bilərlər. Şirəsi susuzluğu, qan təzyiqini və ödün sürətli ifrazını azaldır.