
Zəfəran qiymətli dərman bitkisidir. Zəfəran qızıldan bahadır. Zəfəranın ləçəkləri əl ilə yığılır və havada qurudulur. Bir çiçəyin üç ləçəyi olur. Bir kq zəfəran üçün isə 20 min çiçək tələb edilir. Azərbaycanda Nardaranda Sovet dövründə böyük zəfəran plantasiyaları var idi. İnsanlara qədim zamanlardan məlumdur. Dünyanın çox az yerində bitir. Abşeronda zəfəran bitir. Vaxtilə xalq təbabətində qıcolmaya, göz ağrısına, göy öskürəyə tutulanları onunla sağaldıblar. Məşhur yunan həkimi Hippokrat da müalicə məqsədi ilə ondan istifadə edib. Zəfəran soyuqdəyməyə qarşı əlac olaraq işlədilir. İnsanın eşitmə, görmə qabiliyyətini artırır, maddələr mübadiləsinin gedişini normal hala salır. Zəfəran mədə-bağırsaq xəstəliyində iltihabı aradan qaldırır, böyrəklərdə baş verən çürümənin qarşısını alır.
Fərid İsmayılov