Azərbaycan İnformasiya Mərkəzindəki "Xalq təbabəti" rubrikasının bu dəfəki bölümündə gicitkən haqqında söhbət açacağıq. Bədən oynaqlarında duz olarsa, gicitkənin kötüyünü çıxarıb təmizləyin. Sonra qayçı ilə doğrayıb çaynikdə qaynadın. Yeməkdən əvvəl gündə üç dəfə hər dəfə də 100 qram için. Oynaqlarda duz çox olarsa, fasilə ilə bunu altı ay davam etdirmək olar. Qarın ağrısı (ishal) zamanı isə onun yarpağından istifadə edilir. Bunun üçün gicitkənin təzə pöhrələnmiş yarpaqlarını yığıb çay kimi dəmləyin və gündə 3-4 stəkan için.