Azərbaycan İnformasiya Mərkəzindəki "Xalq təbabəti" rubrikasının bu dəfəki bölümündə moruq haqqında söhbət açacağıq. Moruq Azərbaycanın ərazisində geniş yayılıb. Əsasən 15 növü bitir. Moruğun kimyəvi tərkibi növündən, becərmə şəraitindən asılı olaraq müxtəlifdir. Meyvələrinin tərkibində S, V, E vitamini, karotin, şəkərlər, üzvü turşular, efir yağları və bir sıra aktiv maddələr vardır. Ona görə də böyük müalicəvi xüsusiyyətə malikdir. Podaqra (oynaq və toxuma xəstəliklərində) və nefrit xəstəliklərində moruq yemək olmaz. Tərkibində dəmir olduğu üçün qanəmələgətirməni yaxşılaşdırır. Moruğun payızda yığılmış köklərinin həlimi astma xəstəliyində yaxşı dərmandır: 1 xörək qaşığı xırdalanmış kökləri 1 stəkan qaynar suda 15-20 dəq zəif odda qaynatmaq, 1 saat dəmləmək. Bronxial astmada ¼ stəkan gündə 3 dəfə qəbul etmək.