
Azərbaycan İnformasiya Mərkəzi bildirir ki, bu bitkinin meyvələri isə tamam yetişəndə toplanıb istifadə olunur. Tərkibində şəkər, büzücü maddələr, ətirli birləşmələr, üzvi turşular (alma turşusu), pektin maddələri, vitaminlər qrupu (B, C vitamini), provitamin A, mikroelementlər (kaliy, aliminium, marqans) var.
Bitki dəmlənib içilərkən Çin çayını xatırladır. Bitkinin yarpağı dəmləmə yolu ilə ağıziçi, dişdibi və boğaz iltihabında bal ilə içiləndə faydalı olur. Mədə və bağırsaq xəstəliklərində, ishala və mikrob əleyhinə şəkər tozu ilə qarışdırıb sirop halına gətirərək gündə 4-5 xörək qaşığı içmək. Eyni zamanda körpə yarpaqlarının dəmləməsi də ishala çox yardım edir. Qadın xəstəliklərində və hamiləlik dövründə yarpaqların dəmlənməsi, gündə 1-2 fincan çay içməklə, uşaqlıq əzələlərini möhkəmləndirir. Azərbaycan xalq təbabətində tamam yetişməmiş meyvələri büzücü, yetişmiş meyvələri qarın yumşaldıcı, yarpaqları isə tərlədici və dişin dibindəki iltihablanmaya, anginaya qarşı bacarıqla istifadə olunur.
Bitkinin hazırlanması:
1 xörək qaşığı xırda doğranmış yarpaqlar 200 ml qaynanmış su ilə dəmlənir və gündə 3-4 bardaq içilir.
Bitkinin meyvələri isti su ilə 10 dəqiqə ağzı qapalı halda saxlanılır və ağız içini yaxşıca yaxaladıqdan sonra udumlanaraq içilir. Bunun səs tellərinə olduqca müalicəvi gücü təsirlidir. Ona görə də müğənni, aktyor və bir çox siyasətçilər bu reseptdən istifadə edirlər. Bitkinin heç bir əks təsiri yoxdur.
Fərid İsmayılov