Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri, www.azim.az internet portalının baş redaktoru
Oktyabrın 15-də internet portalımızda “Nəsimi rayon rəhbərliyindən Ulu Öndərə hörmətsizlik... “Heydər Parkı baxımsızlıqdan və nəzarətsizlikdən xaraba qalıb” başlıqlı reportajımı oxucularımıza təqdim etmşdim. Etiraf edim ki, məqalənin adını reytinq qazanmaq, kimlərəsə “qara yaxmaq” üçün qoymamışdım. Əgər adi bir park olsa idi, bəlkə də problemləri bu qədər kəskin qabartmazdım. Sadəcə Ümummilli Liderimizin adını daşıyan, 100-lərlə sakinin, o cümlədən xarici turistlərin üz tutduqları “Heydər Parkı”nın bu dərəcədə bərbad vəziyyətdə olması vətənpərvər bir insan kimi məndə çox acı təəssürat, öz vəzifə məsuliyyətlərinə səhlənkarlıqla yanaşan məmurlara qarşı hiddət və qəzəb oyandırdı. Parkın girişindəki yolda dərin çökəkliklərin yaranması, parkdakı oturacaqların taxtalarının sındırılaraq oğuranması, zibil qutularının ayaqlarının və tutacaq hissələrinin sındırılması, fəvvarənin zibilli gölməçəyə döndərilməsi, uşaqlar üçün nəzərdə tutulmuş attraksionun sındırılaraq oğurlanması, parkın hər yerində yabanı otların bitməsi, bəzi ağacların və kolların quruması, parkın bəzi ərazilərinin qanunsuz poliqona çevrilməsi, işıq dirəklərinin, lampa patronlarının sındırılması və işıqlandırılma sisteminin məhv edilməsi, eləcə də şahidi olduğumuz digər acınacaqlı faktlar məni çox dəhşətə gətirdi. Hətta yazımın dərcindən sonra məqaləm bir neçə internet portalında və saytda yayımlandı, ayrı-ayrı sosial şəbəkələrdə paylaşıldı. Bununla da reportaja oxucularımızın da mövqeləri çox kəskin oldu. Oxucularımız mənə haqq qazandırdılar və Nəsimi rayon rəhbərliyini cox ciddi şəkildə tənqid atəşinə tutdular. Amma təəssüf ki, reportajıma qarşı tərəfin mövqeyini öyrənmək cəhdlərim boşa çıxdı. Çünki oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və RİH-in şöbə müdiri Pərvanə Kazımzadə nəinki mobil telefon zənglərimə cavab vermədilər, hətta yazımın linkini Pərvanə xanımın pervane.kazimzade@mail.ru və RİH-in mail@nasimi-ih.gov.az elektron poçt ünvanlarına göndərsəm belə, redaksiyamıza rəsmi cavab verilmədi. Bütün bunlara görə məsələni gündəmdə saxlamaq qərarına gəldim.
Dünən son vəziyyətlə bağlı yenidən “Heydər Parkı”na üz tutdum. Reportajımda sadaladığım problemlər qismən də olsa çözülmüşdü. Belə ki, parkdakı zibillər yığışdırımış, girişdəki yoldakı dərin çökəkliklər yamanmış, sındırılmış işıq dirəkləri yerli-dibli “yoxa çıxmış”, zibilli gölməçəyə döndərilmiş fəvvarənin içindəki zibillər götürülmüş, sındırılmış attraksion dəyişdirilmiş, qurumuş ağaclardan və kollardan bəziləri köklərindən çıxarılmış, bəzilərinin isə sadəcə qurumuş qol-budaqları və yarpaqları götürülüb və sair. Parkda bəzi problemlər hələ də çözülməmiş qalsa da, əvvəlki vəziyyətinə baxanda indiki durumuna şükür etdim. Baxmayaraq ki, şöbə müdiri Pərvanə Kazımzadənin və icra başçısı Asif Əsgərovun Azərbaycanın media ailəsinin bir üzvü olan Azərbaycan İnformasiya Mərkəzinə və internet portalımıza, o cümlədən reportajın müəllifi kimi mənə qarşı hörmətsizlik edərək telefon zənglərimizə və elektron poçt ünvanlarına göndərdiyim sorğuya cavab vermədilər. Amma yenə də ən azından reportajımda qaldırdığım problemləri çözməyə cəhd göstərdilər. Ona görə cəhd göstərdilər deyirəm ki, “Heydər Parkı”nda həll ediləsi problemlər hələ də çoxdur. Müəyyən müddətdən sonra adıçəkilən parkdan hazırlayacağım növbəti reportajda dediyim problemləri yenidən qabardacağam.
Ümumiyyətlə, vətəndaşların şikayətləri əsasında Nəsimi rayonundakı ayrı-ayrı problemlərlə bağlı 8 reportaj hazırlamışıq. İnşallah, hər dəfə bir problemi Nəsimi rayon rəhbərliyinin diqqətinə çatdırmağa çalışacağıq. Çünki birinci reportajımı internet portalımızda yaydıqdan sonra belə bir qənaətə gəldim ki, “fil qulağında yatmış” məmurlara problemləri deməsək, onların həll edilməsi barədə düşünən olmayacaq. Necə deyərlər, qarğa məndə qoz var...