AMİA.AZ xəbər verir ki , yerlərdə də könüllü olaraq bu təşəbbüsə qoşulub Şəhid ailələri, Qazilərimiz və hazırda hərbi xidmətdə olan əsgərlərimizin ailələri və eləcə də digər aztəminatlı ailələrə dəstək olan vətənpərvər insanlarımız var.
Bərdə şəhərində yaşayan yardımsevər xanım Leyla Məmmədova İslam qızı da Ali Baş Komandanımız İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünə ilk qoşulanlardan biri olduğu haqda saytımızda məlumat verərək onun Bərdədə yaşayan 100-dən artıq Şəhid ailələri, müharibə əlilləri, veteranlar, hərbi xidmətdə olan əsgərlərin ailələrinə köməklik göstərdiyini qeyd etmişdik. Leyla Məmmədova yenə də ardıcıl olaraq Şəhid ailələri, Qazilərimiz və çoxuşaqlı aztəminatlı, sosial durumu aşağı olan 60 ailəyə yardım göstərməklə xeyirxah işlərinə davam edir. Azərbaycan xalqının belə birlik nümayiş etdirməsi bir daha sübut edir ki, bu xalq həmişə başda Ali Baş Komandanımız olmaqla yeni-yeni qələbələrə, uğurlara imza atacaq.







