Tədbirlərdə 1 saylı Bakı Tibb kollecinin direktoru Nailə xanım Əliyeva və Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini İradə xanım Mahmudova bilavasitə iştirak ediblər.
İlk olaraq hər iki tədbir iştirakçıları tərəfindən “Vətən müharibəsi”ndə həlak olmuş şəhidlərimizin ruhları yad edilmiş, yaralı qazilərimizə şəfalar dilənmişdir. Tədbirlərin hər ikisində məruzəçi qismində iştirak etmiş professor Rəna xanım Mirzəzadə mövzu ətrafında ətraflı şəkildə məruzə etmiş, həm azərbaycançılıq idealogiyası və həm də multikultural dəyərlər haqqında ətraflı məlumat vermişdir. Mövzu ətrafında müzakirələr aparılıb.
Yekunda həm Nailə xanım Əliyeva, həm də İradə xanım Mahmudova rəhbərlik etdikləri kollektivlər adından maraqlı aktual mövzuda tədbir üçün Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə, ictimai təşkilatatın nümayəndələrinə öz təşəkkürlərini bildiriblər. Cavab olaraq professor Rəna xanım Mirzəzadə tmsil etdiyi ictimai təşkilat adından yaradılmış şərait üçün Nailə xanım Əliyevaya və İradə xanım Mahmudovaya, eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının rəhbərliyinə öz təşəkkürünü bildirib.



