AZERBAIJAN SCIENTIFIC RESEARCH INSTITUTE FOR CONSTRUCTION AND ARCHITECTURE
AZİMETİ

CONSTRUCTION and ARCHITECTURE IN AZERBAIJAN

SCIENTIFIC-PRACTICAL JOURNAL
Flag of Azerbaijan

News

“YAŞIL ŞƏBƏKƏ ELMİ İNNOVASİYA PLATFORMASI” layihəsi çərçivəsində YAŞIL İNNOVATİV BİLİKLƏRİN XƏRİTƏLƏŞDİRİLMƏSİ: PROBLEMLƏR VƏ PERSPEKTİVLƏR

01.12.2025

QARABAĞ  regionu üzrə aparılan elmi-tədqiqat materiallarının toplusu

(3 noyabr 2025-ci il, Bakı şəhəri)

     Layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi ictimai birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə həyata keçirilib. 

     Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “YAŞIL ŞƏBƏKƏ ELMİ İNNOVASİYA PLATFORMASI” layihəsi çərçivəsində  QARABAĞ  regionu üzrə  aparılan elmi-tədqiqat materiallarının toplusunun təqdimat mərasimində respublikanın müxtəlif elmi-tədqiqat institutlarının, ali təhsil müəssisələrinin və dövlət qurumlarının nümayəndələri, müvafiq sahələrdə çalışan mütəxəssislər iştirak etmişlər. 

      Tədbirdə “YAŞIL ŞƏBƏKƏ ELMİ İNNOVASİYA PLATFORMASI” layihəsi çərçivəsində hazırlanmış “QARABAĞ  regionu üzrə aparılan elmi-tədqiqat materiallarının toplusu”  ictimaiyyətə təqdim olunub.

Topluda Qarabağ regionu üzrə aparılan elmi-tədqiqatların, yəni regionun ekoloji bərpası, yaşıl texnologiyaların tətbiqi, innovativ idarəetmə mexanizmləri və dayanıqlı inkişaf modelləri ilə bağlı araşdırmalara dair  məqalələr dərc olunub.

Tədbirdə çıxış edən nümayəndələr layihənin ölkədə “yaşıl biliklər iqtisadiyyatı”nın formalaşdırılmasına töhfə verdiyini, elmi innovasiyaların tətbiqində yeni yanaşmaların vacibliyini vurğuladılar.

Təqdimatın sonunda iştirakçılar arasında müzakirələr aparılıb və nəşrin nüsxələri tədbir iştirakçılarına təqdim olunub. 

|

Materiallar toplusunda AzİMETİ-nin əməkdaşları: memarlıq üzrə f.d., dosent Aytən Səlimovanın «Ханкенди: Политический узел, постконфликтное восстановление и модель зелёной инфрвструктуры»  və «Умная деревня и экологическое образование на территории Карабахского и Восточно-Зангезурского экономических районов»,  institutun  dissrtantı Nigar Qarayevanın “Qarabağda ekoloji təmizlik və bioresursların qorunması” mövzusunda elmi  məqalələri  dərc edilmişdir.