Bu gün Sağlamlığa Xidmət İctimai birliyi Masallı rayon Heydər Əliyev Mərkəzində İcbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirdi. Tədbir Masallı rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş və müzakirələrlə davam etdi.
Tədbirdə Mərkəzi rayon xəstəxanasının, Vərəməleyhinə Xəstəxananın tibb heyəti, yerli QHT-lər, məktəb və uşaq bağçalarının rəhbərləri və yerli media nümayəndələri iştirak edirdilər. Mövzuya maraq və diqqət yüksək səviyyədə idi. tibb işçilərinin pilot layihə, habelə 1 yanvar 2020-ci ildən tətbiq ediləcək İTS sistemi barədə məlumatlılığının yüksək olması və daha intellektual suallar verməsi təqdirəlayiq hal olaraq qiymətləndirildi. Əhalinin məlumatlandırılması istiqamətində uğurlu fəalliyyətlərinə görə tədbir təşəbbüskarları Xəstəxananın (publik hüquqi şəxsin) direktoru Cəlil Nəzərova öz minnətdarlıqlarını bildirdilər.