Dəvə yüklü dərd payım var..
Azərbaycan İnformasiya Mərkəzi gənc şairə-publisist Rübabə Sahibin şeirini təqdim edir.
Dəvə yüklü dərd payım var,
Gözümdə yaş anbar-anbar,
Altı hicran, üstü qübar,
Gəl könlümü al, ay bəxtim.
Nakam ömür cövlanımın,
Sınağı bitməz canımın,
Ayırdığın sol yanımın
Get yanında qal, ay bəxtim.
Dad vermir qürbətin balı
Dəyişdirir hey əhvalı,
Səs yad gəlir, söz imalı,
Bir az mehr sal, ay bəxtim.
Bu torpaq yatmır nazıma,
Havalar uymur sazıma,
Pozulan alın yazıma
Yenə qələm çal, ay bəxtim.
Rübabənin döndü üzü,
Sildim otuz illik izi,
Olmaram eşqin kənizi,
Bu da qəza-hal, ay bəxtim!
Rübabə Sahib
Digər son xəbərlər
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-
Bilgi
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.